19:04 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Sosial müəssisələrə həyata keçirilən başçəkmələr dekabr ayı ərzində də davam etdirilib.
 
Muxtar respublikada sosial qayğıya ehtiyacı olan əhali qruplarının hüquqlarının müdafiəsi Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən daim diqqət mərkəzində saxlanılır.
Cari ilin dekabr ayı ərzində sosial qayğıya ehtiyacı olan əhali qruplarının hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi məqsədilə Müvəkkilin Preventiv qrupu tərəfindən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan M.Füzuli adına Ordubad şəhər tam orta internat məktəbinə və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Ahıllar Evinə başçəkmələr həyata keçirilib.
Başçəkmələr zamanı Preventiv Qrup tərəfindən əhalinin müxtəlif sosial qruplarının saxlanma şəraiti ilə bağlı müəssisələrin yataq və tibb otaqlarına, siniflərə, istirahət otağına, yeməkxanalarına, ərzaq anbarına və digər obyektlərə baxış keçirilib, qidalanma səviyyəsi, tibbi-sosial xidmətin, asudə vaxtın təşkili və digər hüquqlarının təmin olunması vəziyyəti öyrənilib.
Həmçinin, başçəkmələr zamanı sosial qayğıya ehtiyacı olan şəxslərlə hüquqi maarifləndirici söhbətlər aparılıb, "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Qanunun tələbləri, Müvəkkilin səlahiyyətləri və müraciət etmə qaydası, Müvəkkilin hüquq və vəzifələri izah edilib və onlara hüquqi məsləhətlər verilib.
Sosial qayğıya ehtiyacı olan şəxslər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
30.12.2021













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).