15:10 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Naxçıvan Muxtar Respublikası Ali Məclisində təltiflərin təqdimatı olub.
 
Dekabrın 30-da - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan Respublikası təltiflərinin təqdimat mərasimi keçirilmişdir.
 
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov təltif olunanlara çalışdıqları sahələrdə fərqləndiklərinə görə təşəkkür etmiş, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbriklərini çatdırmış və onlara fəaliyyətlərində uğurlar arzulamışdır.
Sonra Ali Məclisin Sədri orden, medal və fəxri adların döş nişanlarını və vəsiqələrini təqdim etmişdir.
 
 
"Tərəqqi" medalı ilə təltif olunan Habil Babayev, Tutu Əhmədova, Sədaqət Quluyeva, Elnarə Məmmədova və Azərbaycan Respublikasının "Əməkdar müəllimi" fəxri adı ilə təltif olunmuş Zəhra Əliyeva minnətdarlıq edərək demişlər ki, muxtar respublikada hər bir sahənin inkişafına diqqət göstərilir. Təhsil sahəsinə də bu diqqət və qayğıdan böyük pay düşmüşdür. Müasir standartlar səviyyəsində qurulan məktəblər ən son texnoloji avadanlıqlarla təmin olunub. Təhsilə göstərilən qayğı, müəllim əməyinə verilən qiymət bizi daha səylə çalışmağa ruhlandırır. Bundan sonra da qarşıya qoyulan tapşırıqları layiqincə yerinə yetirəcək, gənc nəslin vətənpərvər ruhda yetişməsində əlimizdən gələni əsirgəməyəcəyik.
Azərbaycan Respublikasının "Əməkdar müəllimi" fəxri adı ilə təltif olunan Aytən Quliyeva demişdir: "Çalışdığım Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin kollektivi yaradılan müasir tədris şəraitindən bəhrələnərək hər il uğurlu nəticələr göstərir. Ötən tədris ilində məktəbin məzunlarının 72 faizi orta və ali ixtisas məktəblərinə qəbul olunmuş, onlardan 12-si 500-700 arası nəticə göstərmişdir. Bu gün mənim üçün ikiqat sevincli gündür. Ali Məclis Sədrinin müvafiq Sərəncamı ilə övladımın adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının "Qızıl kitabı"na salınmış və xüsusi aylıq təqaüdə layiq görülmüşdür. Bu gün isə mən Azərbaycan Respublikasının "Əməkdar müəllimi" fəxri adına layiq görülmüşəm. Buna görə ailəm və öz adımdan minnətdarlıq edir, bundan sonrakı fəaliyyətimizdə də uğurlarımızın sayını artıracağımıza söz veririk".
Ali Məclisin Sədri təhsil işçilərinə təşəkkür edərək demişdir: Bu il muxtar respublikada təhsil sahəsində ən yüksək göstərici qazanılıb. Orta məktəbi bitirən məzunların 73 faizi ali və orta ixtisas təhsili məktəblərinə qəbul olub. Bütün bunlar müəllimlərin əməyi və səyi, şagirdlərin isə çalışqanlığı nəticəsində mümkün olmuşdur.
Azərbaycan Respublikasının "Əməkdar rəssamı" fəxri adı ilə təltif olunan Fikrət Babayev demişdir ki, muxtar respublikada rəssamlıq sənətinə xüsusi diqqət və qayğı göstərilir. Bu il Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 50 illik yubileyi qeyd olunmuşdur. Qədim tarixi abidə olan Şahtaxtı hamamında yaradılan xidmət sahəsində mən də işlə təmin olunmuşam. Orada gənclərə sənətin sirlərini aşılayıram. Bu ada layiq görülməyimə görə ölkə başçısına minnətdarlıq edirəm.
Təltif olunanlardan Səhər İmanova, Zakir Fətəliyev, Qəhrəman Tağıyev və digərləri də əməklərinə verilən yüksək qiymətə görə dövlətimizə minnətdarlıq etmişlər.
 
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti
 
30.12.2021













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).