9:58 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

İşçilərin ixtisasları və peşakarlıq səviyyələri eyni olan olan iki işçi arasında seçim hansı meyarlar əsasında aparılmalıdır?.
 
Bu suala Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci hissəsində aydınlıq gətirilir. Həmin maddəyə əsasən işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda şəhid ailəsinin üzvlərinin, müharibə iştirakçılarının, əsgər və zabitlərin arvadının (ərinin), öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanların, həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərin, xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərin, kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərin işdə saxlanmasına üstünlük verir.
 
 
Qeyd etmək lazımdır ki, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisar edilməsi ilə bağlı məsələlər isə "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Belə ki, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanunun 33-cü maddəsində dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisar edilməsi dövlət qulluğuna xitam verilməsi əsaslarından biri kimi təsbit olunmuşdur.
Əlavə olaraq qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsi dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, Əmək Məcəlləsində nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir.
22.01.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).