14:46 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Ər-arvadın əmlakının hüquqi rejimi nədir?.
 
Nikah bağlandıqdan sonra ər-arvad arasında şəxsi qeyri-əmlak hüquq münasibətləri ilə yanaşı, əmlak hüquq münasibətləri də yaranır. Qanunvericilikdə ər-arvadın əmlak hüquq münasibətlərinin iki hüquqi rejimi, yəni ər-arvadın mülkiyyət üzərində əmlak hüquqları və vəzifələrinin həyata keçirilməsinin iki hüquqi qaydası müəyyən olunur.
 
 
Bu rejimlərdən biri ər-arvadın əmlakının qanuni rejimidir. Belə ki, nikah dövründə ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Ər-arvad arasında başqa razılaşma əldə olunmamışdırsa, ümumi birgə mülkiyyət üzərində ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir.
Ər-arvadın əmlakının digər rejimi isə müqavilə rejimidir. Belə ki, ər-arvad qarşılıqlı razılaşma əsasında onlara məxsus olan ümumi birgə mülkiyyət üzərində əmlakın qanuni rejimindən fərqli əmlak hüquqları və vəzifələri müəyyən edən saziş (nikah müqaviləsi) bağlayaraq ümumi əmlaka, onun ayrı-ayrı növlərinə və ya ər-arvadın hər birinin əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq edə bilərlər.
29.01.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).