15:53 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Müvəkkilin preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu müəssisələrə başçəkmələr 2022-ci ildə də uğurla davam etdirilir.
 
"Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Qanuna uyğun olaraq Müvəkkil muxtar respublikada "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın Fakültativ Protokolunda nəzərdə tutulmuş preventiv mexanizmin funksiyalarını həyata keçirir. Hər il Müvəkkilin preventiv mexanizm fəaliyyətinə dair iş planı və başçəkmələrə dair cədvəl təsdiq edilir.
Təsdiq edilmiş başçəkmələr cədvəlinə və "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Qanuna uyğun olaraq Müvəkkil muxtar respublikada preventiv mexanizmin funksiyalarını cari ilin yanvar ayı ərzində də davam etdirib.
Belə ki, Müvəkkilin Preventiv qrupu Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin tabeliyində olan müəssisələrə əvvəlcədən xəbərdarlıq etmədən bir sıra başçəkmələr həyata keçirib.
Başçəkmələr zamanı Ombudsmanın Preventiv qrupu tərəfindən saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərdə saxlanma şəraiti və rəftar məsələləri araşdırılıb, bütün kameralara baxış keçirilib, qida təminatı, tibbi xidmətin və asudə vaxtın təşkili, görüş, telefon danışığı və digər hüquqların beynəlxalq və milli qanunvericiliyə uyğun şəkildə təmin olunması vəziyyəti öyrənilib.
Başçəkmələr zamanı Preventiv qrup tərəfindən pozuntu halları aşkar edilməyib.
 
31.01.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).