2:11 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Mülki qanunvericilikdə iddia müddəti.
 
  Mülki hüquqların müdafiəsi müddəti dedikdə elə müddət başa düşülür ki, həmin müddət ərzində hüququ pozulmuş şəxs öz hüquqlarının müdafiəsini və yaxud məcburi qaydada həyata keçirilməsini tələb edə bilər. Pozulmuş mülki hüquqların müdafiəsinin əsas vasitəsini iddialar təşkil etdiyinə görə, bu müddət iddia müddəti sayılır. Belə ki, hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün müəyyən olunmuş müddətə iddia müddəti deyilir. İddia müddəti qanunla elə hallar üçün müəyyən edilmişdir ki, həmin hallarda konkret şəxsə məxsus olan maddi hüquq pozulur və bu hüququn müdafiəsi üçün hüququ pozmuş şəxsə məcburedici tədbirlərin tətbiq edilməsi zərurəti meydana çıxır. Maraqlı tərəfin tələbi üzrə məcburetmə tədbirlərinin tətbiqinə isə həmişə deyil, yalnız iddia müddəti hüdudları daxilində yol verilir. Lakin iddia müddətinin ötürülməsi isə məhkəməyə iddia ilə müraciət etmək hüququnu aradan qaldırmır və hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.Məhkəmə tərəfindən iddia müddəti isə yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
 
 
Mülki hüquqların müdafiəsi müddəti dedikdə elə müddət başa düşülür ki, həmin müddət ərzində hüququ pozulmuş şəxs öz hüquqlarının müdafiəsini və yaxud məcburi qaydada həyata keçirilməsini tələb edə bilər. Pozulmuş mülki hüquqların müdafiəsinin əsas vasitəsini iddialar təşkil etdiyinə görə, bu müddət iddia müddəti sayılır. Belə ki, hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün müəyyən olunmuş müddətə iddia müddəti deyilir. İddia müddəti qanunla elə hallar üçün müəyyən edilmişdir ki, həmin hallarda konkret şəxsə məxsus olan maddi hüquq pozulur və bu hüququn müdafiəsi üçün hüququ pozmuş şəxsə məcburedici tədbirlərin tətbiq edilməsi zərurəti meydana çıxır. Maraqlı tərəfin tələbi üzrə məcburetmə tədbirlərinin tətbiqinə isə həmişə deyil, yalnız iddia müddəti hüdudları daxilində yol verilir. Lakin iddia müddətinin ötürülməsi isə məhkəməyə iddia ilə müraciət etmək hüququnu aradan qaldırmır və hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.Məhkəmə tərəfindən iddia müddəti isə yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
Mülki qanunvericiliyə əsasən ümumi iddia müddəti on il, müqavilə tələbləri və vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı il təşkil edir. Həmçinin tələblərin ayrı-ayrı növləri üçün ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər.
Vurğulamaq lazımdır ki, iddia müddətinin axımı iddia hüququ yarandığı gündən başlanır. İddia hüququ isə şəxsin öz hüququnun pozulmasını bildiyi və bilməli olduğu gündən yaranır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı isə icra müddəti bitdikdə başlanır.
Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.
Bəzən elə hallar olur ki, iddiaçı özündən asılı olmayaraq qanunla müəyyən edilmiş müddətdə iddia verə bilmir. Belə hallar üçün qanunvericilikdə iddia müddətinin axımının dayandırılması üçün əsas olan hallar müəyyən edilmişdir. İddia müddətinin axımının dayandırılmasının mahiyyəti ondan ibarətdir ki, şəxs qanunda göstərilən səbəblərə görə iddia qaldıra bilmək və ya öz hüquqlarını müdafiə etmək imkanından məhrum olduğuna görə iddia qaldıra bilmədiyi vaxt kəsiyi iddia müddətinə daxil edilmir. İddia müddətinin dayandırılması üçün əsas olan halların mövcud olduğu vaxt kəsiyi iddia müddətinə hesablanmır. Belə ki, iddianın irəli sürülməsinə fövqəladə və həmin şəraitdə qarşısı alına bilməyən hal (qarşısıalınmaz qüvvə) mane olduqda, iddiaçı və ya cavabdeh hərbi vəziyyətə keçirilmiş silahlı qüvvələrin tərkibində olduqda, Azərbaycan Respublikasının Nazirlər Kabineti öhdəliklərin icrası üçün möhlət (moratorium) müəyyənləşdirdikdə, fəaliyyət qabiliyyəti olmayan şəxsin qanuni təmsilçisi olmadıqda və ya müvafiq münasibəti tənzimləyən qanunun və ya digər normativ hüquqi aktın qüvvəsi dayandırıldıqda, habelə tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayandırılır.
Bununla yanaşı fiziki şəxslərin həyatına və ya sağlamlığına dəymiş zərərin əvəzinin ödənilməsi haqqında iddialar üzrə iddia müddətinin axımı, həmçinin fiziki şəxsin müvafiq orqana pensiya və müavinət təyin edilməsi haqqında müraciəti ilə əlaqədar olaraq pensiya və ya müavinət təyin edilənədək və ya təyin etməkdən imtina olunanadək dayandırılır.
Vurğulamaq lazımdır ki, iddia müddətinin axımı bir şərtlə dayandırılır ki, iddia müddətinin dayandırılmasına səbəb olan hallar iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində yaransın və ya mövcud olmaqda davam etsin. Müddətin dayandırılmasına əsas vermiş halın sona çatdığı gündən müddətin axımı davam edir. Müddətin qalan hissəsi altı aya qədər uzadılır, iddia müddəti altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddətinə qədər uzadılır.
Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. Belə ki, "Mediasiya haqqında" Qanuna əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı "Mediasiya sessiyasında iştirak edilməməsi" ilə bağlı və ya "İlkin mediasiya sessiyasında iştirak edilməməsi" ilə bağlı və ya "İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi" ilə bağlı arayışın, mediasiya prosesinə xitam verilməsi haqqında protokolun tərəflərə təqdim edildiyi gündən bərpa olunmuş hesab olunur.
Həmçinin nikahın mövcud olduğu dövrdə də ərlə arvad arasındakı tələblər üzrə iddia müddətinin axımı dayandırılır. Uşaqlar yetkinlik yaşına çatanadək uşaqlarla valideynlər arasındakı tələblər üzrə, habelə bütün qəyyumluq dövründə qəyyumlarla (himayəçilərlə) qəyyumluqda (himayədə) olanlar arasındakı tələblər üzrə də eyni qayda tətbiq edilir.
Əgər tələbi qanuni təmsilçisi olmayan məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan şəxs irəli sürürsə, iddia müddəti həmin şəxs tam fəaliyyət qabiliyyətli olanadək və ya onun üçün təmsilçi təyin edilənədək dayandırılmış sayılır.
Qeyd etmək lazımdır ki, qanunvericiliyimizdə iddia müddəti axımının dayandırılmasından əlavə iddia müddəti axımının kəsilməsinə dair hallar da nəzərdə tutulmuşdur. Belə ki, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Bu halda fasilədən sonra iddia müddəti yenidən başlanır və fasiləyə qədər keçmiş vaxt isə yeni müddətə daxil edilmir.
Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Əgər cinayət işində irəli sürülmüş iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı iddianı baxılmamış saxlayan hökm qanuni qüvvəyə minənədək dayandırılır. Müddətin dayandırıldığı vaxt iddia müddətinə daxil edilmir. Bu zaman müddətin qalan hissəsi altı aydan az olduqda altı aya qədər uzadılır.
Bəzi hallarda iddia müddəti ötürülə bilər. İddia qaldırılana qədər iddia müddətinin keçməsi isə iddianı rədd etmək üçün əsasdır. Bu zaman iddia ilə müraciət etmək istəyən şəxs ilk öncə iddia müddətini bərpa etməlidir. İddia müddətinin ötürülməsinin üzrlü sayılmasının, yəni bərpasının da özünəməxsus halları vardır. Belə ki, iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. Üzrlü səbəblərə ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və sair aiddir. Əgər iddia müddətinin buraxılmasında öz səhlənkarlığına, diqqətsizliyinə görə vaxtında iddia qaldırmayan maraqlı şəxs özü təqsirkardırsa, onda iddia müddəti bərpa edilmir və iddia rədd edilir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Əgər borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz.
Vurğulamaq lazımdır ki, qanunvericiliyimizdə iddia müddətinin şamil olunmadığı tələblər də nəzərdə tutulmuşdur. Belə ki, şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi, əmanətçilərin banka qoyulmuş əmanətlərinin verilməsi, fiziki şəxsin həyat və sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması, dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması və mülki qanunvericiliklə müəyyənləşdirilmiş hallarda digər tələblərə iddia müddəti şamil edilmir.
 

07.02.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).