17:46 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Dövlət notariusu hansı notariat hərəkətlərini həyata keçirir?.
 
  Notariat haqqında" Qanuna əsasən dövlət notariusu əqdləri və etibarnamələri təsdiq edir, miras əmlakın mühafizə olunması üçün tədbirlər görür, vərəsəlik hüququ haqqında şəhadətnamələr verir, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələr verir, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr verir, sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq edir, sənədlərdəki imzaların həqiqiliyini təsdiq edir, sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünü təsdiq edir, şəxsin sağ olması faktını təsdiq edir, şəxsin müəyyən yerdə olması faktını təsdiq edir, şəxslə fotoşəkildəki şəxsin eyniliyini təsdiq edir, sənədlərin təqdim olunduğu vaxtı təsdiq edir, fiziki və hüquqi şəxslərin ərizələrini və sənədlərini başqa fiziki və hüquqi şəxslərə verir, öhdəliyin icra predmetini saxlamağa, pul məbləğlərini, qiymətli kağızları və vəsiyyətnamələri depozitə qəbul edir, icra qeydləri aparır, veksellərə protestlər tərtib edir, çekləri ödənilmək üçün təqdim edir və çeklərin ödənilmədiyini təsdiq edir, sənədləri saxlanmaq üçün qəbul edir, dəniz protestləri tərtib edir, sübutları təmin edir.
 
 
Azərbaycan Respublikasının qanunvericiliyi ilə dövlət notariusuna başqa notariat hərəkətlərinin aparılması da həvalə edilə bilər.
Xaricdə istifadə edilməsi məqsədilə sənədlərin rəsmiləşdirilməsi, dəniz protestlərinin tərtib edilməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasının ərazisində isə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən müəyyən notariuslara həvalə edilə bilər.
 
11.02.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).