22:43 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Naxçıvan Muxtar Respublikasının Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı.
 
 
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. "Naxçıvan Muxtar Respublikası Dövlət Ehtiyatları Agentliyinin Nizamnaməsi" təsdiq edilsin (əlavə olunur).
2. "Naxçıvan Muxtar Respublikası Dövlət Ehtiyatları Agentliyinin strukturu" təsdiq edilsin (əlavə olunur).
3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
 

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri  VASİF TALIBOV
  
Naxçıvan şəhəri, 16 fevral 2022-ci il
 
 
16.02.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).