6:27 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Polis əməkdaşlarının hüquqi maarifləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlər cari ildə də uğurla davam etdirilir.
 
Fevralın 17-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Dəmiryol Nəqliyyatında Polis Şöbəsində hüquqi maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Asiman Abbasov, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Nihad Sadıxov və Naxçıvan Dəmiryol Nəqliyyatında Polis Şöbəsinin zabit və sıravi rəis heyəti iştirak edib.
 
 
Tədbiri Daxili İşlər Nazirliyinin əməkdaşı Nihad Sadıxov giriş sözü ilə açaraq qeyd edib ki, Ombudsman təsisatı ilə birgə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin polis, idarə, şöbə və bölmələrində bugünədək müxtəlif mövzularda bir sıra tədbirlər həyata keçirilib, bu kimi tədbirlər polis əməkdaşlarının hüquqi maarifləndirilməsində əvəzsiz rol oynayıb.
Sonra tədbirdə Ombudsmanın əməkdaşı Asiman Abbasovun "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın və onun Fakültativ Protokolunun tələblərinin izahı mövzusunda çıxışı dinlənilib.
Məruzəçi "işgəncə" haqqında tədbir iştirakçılarına məlumat verərək bildirib ki, "işgəncə" dedikdə, hər hansı bir şəxsə, ondan və ya üçüncü şəxsdən məlumat, yaxud etiraf əldə etmək üçün, onu, özünün, yaxud üçüncü şəxsin törətdiyi, yaxud törədilməsində şübhəli bilindiyi, şübhə doğuran hərəkətə görə cəzalandırmaq üçün, həmçinin onu, yaxud üçüncü şəxsi qorxutmaq və ya məcbur etmək üçün, yaxud hər hansı xarakterli ayrı-seçkiliyə əsaslanan hansısa səbəbə görə dövlətin vəzifəli şəxsi, yaxud rəsmi şəxs kimi çıxış edən başqa bir şəxs tərəfindən, yaxud onların təhriki və ya məlumatlılığı, yaxud göz yumması ilə qəsdən fiziki, yaxud mənəvi cəhətdən güclü ağrı və ya əzab verən hər hansı hərəkət başa düşülür.
Asiman Abbasov Azərbaycan Respublikasnın 31 may 1996-cı ildən "İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiya"nın iştirakçısı olduğunu vurğulayaraq diqqətə çatdırıb ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 18 dekabr 2002-ci il tarixli 57/199 saylı qətnaməsi ilə adı çəkilən Konvensiyanın Fakültativ Protokolu qəbul edilib. Azərbaycan Respublikası Fakultativ Protokolu 15 sentyabr 2005-ci il tarixdə imzalayıb, 02 dekabr 2008-ci il tarixli, 724-IIIQ nömrəli qanunla ratifikasiya edib və bu protokol Azərbaycan Respublikasına münasibətdə 15 yanvar 2009-cu il tarixdə qüvvəyə minib.
Məruzəçi çıxışında bildirib ki, "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın Fakültativ Protokolunun icrasının təmin edilməsi barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 13 yanvar 2009-cu il tarixdə 112 saylı sərəncam imzalanıb, 15 yanvar 2009-cu il tarixdə isə bu sərəncam dərc edilib. Sərəncama əsasən, "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın Fakültativ Protokolunda nəzərdə tutulmuş milli preventiv mexanizmin funksiyalarını Azərbaycan Respublikasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) həyata keçirir.
Qeyd olunub ki, 2011-ci ildə "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununa edilmiş müvafiq əlavə və dəyişikliklərlə "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın Fakültativ Protokolunda nəzərdə tutulmuş preventiv mexanizmin funksiyalarını Naxçıvan Muxtar Respublikası ərazisində yerinə yetirən təsisat qismində Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili müəyyən edilib.
Vurğulanıb ki, "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın Fakültativ Protokolunda nəzərdə tutulmuş preventiv mexanizm funksiyalarından irəli gələn vəzifələrin səmərəli icra edilməsi məqsədilə Müvəkkil işgəncənin və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısını almaq məqsədi ilə o, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə müntəzəm surətdə və ya zəruri saydığı istənilən halda baş çəkir.
Daha sonra məruzəçi mövzu ilə bağlı Konvensiyanın və onun Fakültativ Protokolunun tələblərini tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılıb.
 
17.02.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).