14:36 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində hüquqi maarifləndirmə tədbiri keçirilib.
 
Fevral ayının 21-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində hüquqi maarifləndirmə tədbiri keçirilib.
 
 
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Vahidə Bayramova, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Səbuhi İbrahimov və Mərkəzin əməkdaşları iştirak edib.
Tədbiri Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Səbuhi İbrahimov giriş sözü ilə açaraq qeyd edib ki, Ombudsman təsisatı ilə birgə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan bir sıra müəssisələrdə bugünədək müxtəlif mövzularda tədbirlər həyata keçirilib, bu kimi tədbirlər tibb işçilərinin hüquqi maarifləndirilməsində əvəzsiz rol oynayıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Vahidə Bayramova Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 15 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş "2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı"nın sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyasında rolu və əhəmiyyəti mövzusunda çıxış edərək bildirib ki, respublikamızda müvafiq qanunvericilik bazasının yaradılması nəticəsində xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkilinə əlverişli zəmin yaradılıb.
Diqqətə çatdırılıb ki, ötən dövrdə muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası, məşğulluq imkanlarının və peşə hazırlığının yüksəldilməsi, istedad və bacarıqlarının inkişaf etdirilməsi, onlara göstərilən sosial xidmət, inklüziv təhsilin keyfiyyətinin daha da artırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə qəbul olunmuş dövlət proqramlarının uğurla icrası bu kateqoriyadan olan uşaqların hüquqlarını daha səmərəli təmin edib.
Vurğulanıb ki, görülən işlərin davamlılığını təmin etmək və sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi və reabilitasiyasını daha da yaxşılaşdırmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 15 mart 2021-ci il tarixdə "2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalanıb.
Məruzəçi bildirib ki, "2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı"nın qəbul olunmasında əsas məqsəd sağlamlıq imkanları məhdud uşaqların təhsilə və cəmiyyətə inteqrasiyası, inklüziv təhsil imkanlarından geniş istifadə olunması, distant təhsil proqramlarının təkmilləşdirilməsi və onların sosial reabilitasiyasının təmin olunmasından ibarətdir.
Dövlət Proqramının qəbulundan ötən dövr ərzində uğurlu icrası barədə tədbir iştirakçılarına məlumat verilərək bildirilib ki, Proqramın icrası istiqamətində həyata keçirilən tədbirlər sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbində davamlılığın təmin edilməsini, bu sahədə təlim-təhsil proseslərinin daha da müasirləşdirilməsini və onların cəmiyyətə inteqrasiyasını daha da sürətləndirir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılıb.
 
21.02.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).