12:04 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən hansı notariat hərəkətləri həyata keçirilir?.
 
 
"Notariat haqqında" Qanuna əsasən notariat ofisləri olmayan yaşayış məntəqələrində yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri miras əmlakın mühafizəsi üçün tədbirlər görürlər, vəsiyyətnamələri təsdiq edirlər, əmlakdan istifadə edilməsi və ona sərəncam verilməsi barədə, avtomaşınların müddətli istifadəyə verilməsinə dair etibarnamələr istisna olmaqla, etibarnamələri təsdiq edirlər, sənədlərdən surət və çıxarışların düzgünlüyünü təsdiq edirlər, sənədlərdəki imzanın həqiqiliyini təsdiq edirlər, sahəsi beş hektardan çox təşkil etməyən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin bir ildən artıq olmayan müddətə icarəyə və istifadəyə verilməsi barədə müqavilələri, habelə xüsusi mülkiyyətdə olan həmin torpaq sahələrinin iki ildən artıq olmayan müddətə icarəyə və istifadəyə verilməsinə dair etibarnamələri təsdiq edirlər.
 
28.02.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).