0:36 AZ | RUS | ENG

.
               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



xəbərlər

Tərcümənin düzgünlüyü hansı qaydada təsdiq edilir?.
 
"Notariat haqqında" Qanuna əsasən notarius müvafiq dilləri bilirsə, sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünü təsdiq edə bilər. Notarius müvafiq dilləri bilmədiyi halda, sənədləri tərcüməçi tərcümə etməli, onun imzasının həqiqiliyini isə notarius təsdiq etməlidir. Notarius etibar etdiyi tərcüməçinin imzasını tanıdığı hallarda onun imzaladığı sənədi elektron rabitə vasitəsilə qəbul edə bilər. Tərcümə elektron rabitə vasitəsilə qəbul edildikdə onun surət kimi təsdiqlənməsi tələb olunmur.
 
 
Bir neçə dilə tərcümə olunan sənəddə hər dil üzrə tərcüməçinin imzası ayrıca təsdiq olunur.
Notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxs dövlət dilini bilmədiyi halda, notariusun izah və xəbərdarlıqları tərcüməçi tərəfindən müraciət etmiş şəxsə tərcümə olunmalı və bu barədə qeyd rəsmiləşdirilən sənəddə öz əksini tapmalıdır. Bu halda tərcüməçinin imzası notariat qaydasında təsdiq edilir.
Sənədlərin tərcüməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi və notarius vasitəsilə təşkil edildiyi halda tərcüməyə görə haqq notarius tərəfindən qəbul edilərək iki bank günü ərzində tərcümə xidməti göstərən hüquqi şəxsin bankdakı hesabına keçirilir.
 
14.03.2022













Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).