20:33 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Mediasiya prosesi hansı qaydada və müddətdə həyata keçirilir?.
 
Mediasiya prosesi "Mediasiya haqqında" Qanuna, mediasiya prosesinin həyata keçirilməsi qaydasına və bu qaydaya uyğun olaraq hazırlanmış mediasiya təşkilatının daxili qaydasına mediatorların peşəkar etik davranış qaydasına uyğun olaraq həyata keçirilir.
 
 
Mediasiya prosesində mediator bütün tərəflərlə birlikdə və ya ayrı-ayrılıqda görüşlər keçirə, əməkdaşlıq edə, şifahi və yazılı tövsiyələr verə bilər. Bu zaman mediator tərəflərdən birini üstün mövqeyə qoyan və ya hüquq və vəzifələrini məhdudlaşdıran hərəkətlərə yol verməməlidir.
Tərəflər mediasiya prosesində bilavasitə və ya nümayəndələri vasitəsilə iştirak edə bilərlər. Tərəflər mediasiya prosesində vəkillərin, tərcüməçilərin, müvafiq sahədə ekspert və mütəxəssislərin köməyindən istifadə edə bilərlər. Tərəflərin razılaşması ilə mediasiya prosesində digər şəxslər də iştirak edə bilər.
Mediasiya prosesində tərəflər öz mövqelərinə və mübahisənin həlli şərtlərinə dair təkliflərini yazılı və ya şifahi şəkildə bildirirlər. Mediasiya prosesində tərəflər mübahisənin həlli şərtlərinə dair razılığa gəlirlər.
Mediasiya prosesinin hər hansı mərhələsində mediator mübahisənin həlli məqsədilə tərəflər üçün öhdəlik nəzərdə tutmayan şifahi və ya yazılı təklifi irəli sürə bilər. Barışıq təklifi tərəflərin razılığı ilə verilir.
Mediasiya prosesinin ümumi müddəti 30 gündən artıq olmayaraq davam edə bilər. Mübahisənin mürəkkəbliyi nəzərə alınaraq tərəflərin razılaşması ilə mediasiya prosesinin müddəti daha 30 gün müddətinə qədər uzadıla bilər. Mediasiya prosesinin keçirilməsinin konkret müddəti ümumi müddət nəzərə alınmaqla mediasiya prosesinin tətbiqi barədə müqavilə ilə müəyyən olunur.
 
16.03.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).