2:10 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Etibarnamə olmadan ər və arvad bir-birinin avtomobilini idarə edə bilərmi?.
 
Qanunvericiliyə əsasən ərarvad qarşılıqlı razılıq əsasında etibarnamə olmadan birgə mülkiyyətdə olan nəqliyyat vasitəsini idarə etmək hüququna malikdir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah müqaviləsində və ya onlar arasındakı razılaşmada, habelə qanunvericiliklə müəyyən edilən hallar istisna olmaqla ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi birgə mülkiyyəti sayılır.
 
 
Ər-arvadın ümumi birgə mülkiyyətində olan əmlakın qanuni rejimi isə Mülki Məcəllənin 225-ci və Ailə Məcəlləsinin 31-37-ci maddələri ilə tənzimlənir. Qanunverici ər-arvadın birgə nikah dövründə qazandığı əmlakın ümumiliyi prezumpsiyasını müəyyən etdiyindən, onların kimin adına olmasından asılı olmayaraq, ailə ehtiyaclarının təmin edilməsi məqsədilə hər ikisi üçün hüquq və vəzifələr yaradır.
Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və ya intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, o cümlədən nəqliyyat vasitələri daxildir. Birgə mülkiyyətdə olan nəqliyyat vasitəsinin idarə edilməsi zamanı ər-arvadın nikah şəhadətnaməsi etibarnaməyə bərabər hüquqi qüvvəyə malikdir.
 
17.03.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).