20:43 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Dövlət qulluğuna hansı əsaslarla xitam verilə bilər?.

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluqçusunun öz arzusu ilə, dövlət orqanı ləğv edildikdə, dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə, qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildikdə, dövlət qulluqçusunun aldığı sertifikatın qüvvədəolma müddəti bitdikdə və dövlət qulluqçusu növbəti sertifikat ala bilmədikdə, AzərbaycanRespublikası vətəndaşlığına xitam verildikdə, intizam tənbeh tədbirlərindən biri kimi dövlət qulluğundan azad edildikdə həmin şəxsin dövlət qulluğuna xitam verilə bilər.
 
 
Həmçinin dövlət qulluqçusu qanunvericilik və ya yerli özünüidarə orqanlarına seçildikdə, habelə hakim təyin edildikdə, əgər onlar həmin vəzifələrdən imtina etmədikdə, qanunvericilikdə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar dövlət qulluqçusu əmək funksiyasını yerinə yetirə bilmədikdə,məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda, o cümlədən dövlət qulluqçusu vəfat etdikdə, habeləməhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə və dövlət qulluğunda olmanın yaş həddinə çatdıqda da həmin şəxsin dövlət qulluğuna xitam verilə bilər.
 
26.03.2022 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).