12:39 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

İnformasiya məhsulunun işarələnməsi necə həyata keçirilir?.

Qanunvericiliyə əsasən informasiya məhsulunun işarələnməsi informasiya məhsulunun istehsalçısı və ya yayıcısı tərəfindən məhsulunvə onun qablaşdırmasının üzərinə müvafiq yaş kateqoriyasına uyğun 6 yaşadək "6-" , 6 yaşdan yuxarı "6+", 12 yaşdan yuxarı "12+", 16 yaşdan yuxarı "16+" işarəsi çevrədə, 18 yaşdan yuxarı "18+" işarəsi isə rombda aydın şəkildə seçilən təsvirini yerləşdirməklə həyata keçirilir.
 
İnformasiya məhsulunun yayıcısı həmin məhsulun müstəqil şəkildə və ya ekspertin iştirakı ilə yaşa görə təsnifatlaşdırılmasını təmin etmədən ölkəərazisində yaya bilməz. Ölkə ərazisində istehsal olunan kompüter və digər elektron oyunların işarələnməsi satışa çıxarılmazdan, istehlakçıya təqdim edilməzdən və ya şəbəkəyə yerləşdirilməzdən əvvəl həyata keçirilməlidir.
 
29.03.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).