19:17 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Mart ayı ərzində Müvəkkilin preventiv mexanizm fəaliyyəti çərçivəsində başçəkmələr həyata keçirilib.
 
"Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Qanuna uyğun olaraq Müvəkkil muxtar respublikada preventiv mexanizmin funksiyalarını cari ilin mart ayı ərzində də davam etdirib.
Belə ki, Müvəkkilin Preventiv qrupu başçəkmələr cədvəlinə uyğun olaraq Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin tabeliyində olan müəssisələrə xəbərdarlıq etmədən bir sıra başçəkmələr həyata keçirib.
Başçəkmələr zamanı Ombudsmanın Preventiv qrupu tərəfindən saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərdə saxlanma şəraiti və rəftar məsələləri araşdırılıb, bütün kameralara baxış keçirilib, qida təminatı, tibbi xidmətin və asudə vaxtın təşkili, görüş, telefon danışığı və digər hüquqların beynəlxalq və milli qanunvericiliyə uyğun şəkildə təmin olunması vəziyyəti öyrənilib.
Başçəkmələr zamanı Preventiv qrup tərəfindən po¬zuntu halları aşkar edilməyib.
 
31.03.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).