17:06 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Mediasiyanın iştirakçısı olan tərəflərin hansı hüquq və vəzifələri vardır?.
 
"Mediasiya haqqında" Qanuna əsasən tərəflərin mediasiya təşkilatını və ya mediatoru seçmək və onlardan imtina etmək, mediasiyanın aparılmasında şəxsən və ya etibarnamə əsasında təmsilçi vasitəsilə iştirak etmək, mediasiya prosesi və onun mümkün nəticələri barədə məlumat almaq, qarşılıqlı razılaşma əsasında qanunvericiliyə uyğun olaraq mediasiya prosesinin tətbiqinin, onun həyata keçirilməsinin və başa çatdırılmasının bütün şərtlərini sərbəst şəkildə müəyyən etmək, öz mülahizələrinə əsasən maddi və prosessual hüquqlarından istifadə etmək, tələblərinin həcmini artırmaq və ya azaltmaq, mübahisənin həll edilməsi ilə bağlı təkliflər vermək, qarşılıqlı razılaşma əsasında "mediasiya prosesinin tətbiqi barədə müqavilə"yə əlavə və dəyişikliklər etmək, mediatorla ayrı-ayrılıqda görüşlər keçirmək və qanunvericiliklə müəyyən olunmuş digər hüquqları vardır.
 

Tərəflər qarşılıqlı razılaşma əsasında qanunvericiliyə uyğun olaraq, mediasiya prosesinin tətbiqinin, onun həyata keçirilməsinin və başa çatdırılmasının bütün şərtlərini sərbəst şəkildə müəyyən edə bilərlər.
Tərəflər barışıq sazişinin icrasını təmin etməli, mediasiya prosesinin konfidensiallığını qorumalı, müvafiq normativ hüquqi aktlara, habelə "mediasiya prosesinin tətbiqi barədə müqavilə"nin şərtlərinə riayət etməli və qanunvericiliklə müəyyən olunmuş digər vəzifələri yerinə yetməlidir.
 
 
08.04.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).