8:34 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Psixi Xəstəliklər Dispanserində hüquqi maarifləndirmə tədbiri keçirilib.
 
Aprel ayının 15-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Psixi Xəstəliklər Dispanserində hüquqi maarifləndirmə tədbiri keçirilib.
 
 
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Vahidə Bayramova, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Səbuhi İbrahimov və Dispanserin işçi heyəti iştirak edib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Səbuhi İbrahimov açaraq tibb işçilərinin hüquqi maarifləndirilməsində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili ilə birgə həyata keçirilmiş tədbirlərin rolundan danışıb.
Sonra tədbirdə Ombudsmanın əməkdaşı Vahidə Bayramova "Psixiatriya müəssisəsinin işçi heyətinin pasiyentlərlə rəftarına dair beynəlxalq və milli qanunvericiliyin tələbləri" mövzusunda çıxış edərək bildirib ki, psixi pozuntu vəziyyətində olan və ya psixiatriya yardımına ehtiyacı olan şəxslər müayinə və müalicə olunmaq məqsədi ilə psixiatriya yardımı sahəsində qanunvericilikdə müəyyən olunmuş qaydada fəaliyyət göstərən tibb müəssisəsi və ya onun bölməsi, yəni psixiatriya müəssisəsində yerləşdirilirlər.
Ombudsmanın əməkdaşı bildirib ki, psixiatriya yardımı göstərilməsi ilə əlaqədar həkim-psixiatr öz səlahiyyətləri daxilində qərarlar qəbul edərkən müstəqildir və yalnız tibbi göstəriciləri, həkimlik borcunu, professional etika normalarını və Azərbaycan Respublikasının qanunvericiliyini rəhbər tutur.
Məruzəçi psixiatriya müəssisəsinin işçi heyətinin vəzifələri haqqında tədbir iştirakçılarına məlumat verərək bildirib ki, pasiyenti zəruri tibbi yardımla təmin etmək, pasiyentə onun şikayətinə baxmaq səlahiyyəti olan vəzifəli şəxslərin ünvanları və telefon nömrələri ilə tanış olmaq imkanı yaratmaq, pasiyentin məktublaşması, müvafiq icra hakimiyyəti orqanlarına, prokurorluğa, məhkəməyə, habelə vəkilə müraciət edə bilməsi imkanını təmin etmək, pasiyentin psixiatriya stasionarına qeyri-könüllü daxil olunduğu vaxtdan etibarən 24 saat ərzində onun qohumlarına, qanuni nümayəndəsinə, yaxud pasiyentin tapşırığı ilə başqa şəxsə xəbər vermək psixiatriya stasionarı müdiriyyətinin və tibb heyətinin əsas vəzifəsidir.
Həmçinin qeyd olunub ki, pasiyentin psixi vəziyyəti barədə onun qohumlarına, qanuni nümayəndəsinə, yaxud pasiyentin tapşırığı ilə başqa şəxsə məlumat vermək, pasiyentin təhlükəsizliyini təmin etmək, qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən və qanuni nümayəndəsi olmayan pasiyent barəsində qanuni nümayəndə təyin olunması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etmək, dini ayinlərin sərbəst və digər pasiyentlərə mane olmadan icrası üçün müvafiq qaydalar və yerlər müəyyənləşdirmək və dindar pasiyentlərə izah etmək də psixiatriya stasionarı müdiriyyətinin və tibb heyətinin əsas vəzifələri sırasına daxildir.
Vurğulanıb ki, stasionar psixiatriya yardımı pasiyenti daha az məhdudlaşdıran, onun və digər şəxslərin təhlükəsizliyini təmin edən formada, həm də hospitallaşdırılan şəxsin hüquqlarına və qanuni mənafelərinə tibbi heyət tərəfindən əməl olunması şəraitində göstərilir. Psixiatriya stasionarında pasiyenti fiziki məhdudlaşdırma və ya təcrid etmə tədbirləri yalnız həkim-psixiatrın rəyi ilə pasiyentin özü və (və ya) ətrafdakılar üçün bilavasitə təhlükə doğuran hərəkətlərinin qarşısını başqa üsullarla almaq mümkün olmadığı halda tətbiq olunur. Həmin tədbirlər tibbi heyətin daimi nəzarəti altında tətbiq olunur.
Tədbir zamanı məruzəçi Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Preventiv qrupunu hüquqları barədə tədbir iştirakçılarına məlumat verərək bildirib ki, Preventiv qrup istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən psixiatriya müəssisələrinə daxil olmaq, orada saxlanılan şəxslərlə, habelə müvafiq məlumatı verə biləcək istənilən digər şəxslə təkbətək və ya zəruri hesab etdiyi halda mütəxəssisin və ya tərcüməçinin iştirakı ilə görüşmək və söhbət etmək, onların həmin yerlərdə saxlanılmasının qanuniliyini təsdiq edən, eləcə də həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan bütün sənədlərlə tanış olmaq və surətlərini almaq, akt tərtib etmək, həyata keçirdikləri tədbirlərin gedişini və nəticələrini protokollaşdırmaq, psixiatriya müəssisələrinin rəhbərliyi tərəfindən təxirə salınmadan qəbul edilmək hüququ vardır.
Tədbirin sonunda mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılıb.
 
15.04.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).