15:26 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Tibbi sığorta sistemində tərəflərin hansı məsuliyyəti var?.
 
"Tibbi sığorta haqqında" Azərbaycan Respublikası Qanununa əsasən mülkiyyət formasından asılı olmayaraq, müəssisə, idarə və təşkilatlar tərəfindən icbari tibbi sığorta üzrə sığorta haqlarının gizlədilməsi və ya ödənilməsi müddətlərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda inzibati məsuliyyət yaradır.
 
 
Tibb müəssisəsi və ya özəl tibbi praktika ilə məşğul olan şəxs könüllü tibbi sığorta müqaviləsinin şərtlərinə və qanunvericiliyin tələblərinə əsasən göstərilən tibbi xidmətin həcminə və keyfiyyətinə görə, eləcə də sığorta olunana tibbi xidmət göstərməkdən imtina etməyə görə məsuliyyət daşıyırlar.
Qanunvericilikdə müəyyən olunmuş qaydada fəaliyyət göstərən tibb müəssisələri və ya özəl tibbi praktika ilə məşğul olan şəxslər könüllü tibbi sığorta müqaviləsinin şərtlərini pozduqda könüllü sığortaçı göstərilən tibbi xidmətin haqqını tam və ya qismən ödəməmək hüququna malikdir.
Könüllü tibbi sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə sığortaçı sığorta olunan və ya sığortalı qarşısında məsuliyyət daşıyır.
 
16.04.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).