2:34 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Azərbaycan Respublikasının ərazisində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün nikahın bağlanma şərtləri hansı qaydada müəyyən edilir?.
 
Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən Azərbaycan Respublikasında nikahın bağlanmasının forma və qaydaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
 
 
Azərbaycan Respublikasının ərazisində əcnəbi şəxs üçün nikahın bağlanma şərtləri onun ölkəsinin qanunvericiliyi ilə və Azərbaycan Respublikası Ailə Məcəlləsinin nikahın bağlanmasına mane olan hallarla bağlı tələblərinə əməl olunmaqla müəyyən edilir.
Nikah bağlayan şəxsin vətəndaşlığı yoxdursa, nikahın bağlanması şərtləri onun daimi yaşadığı ölkənin qanunvericiliyi ilə müəyyən edilir.
18.04.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).