17:13 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Mediasiya prosesinə hansı hallarda xitam verilir?.
 
 
Mediasiya prosesinə tərəflər arasında barışıq sazişi bağlandıqda, mübahisənin tərəflərin qarşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü mediator tərəfindən müəyyən edildikdə, tərəflər və ya onlardan biri mediasiya prosesindən imtina etdikdə, tərəflərin mediasiya prosesinin müddətinin uzadılmasına dair müraciətləri olmamışsa, mediasiya prosesinin müddəti, yəni 30 gün bitdikdə, tərəf olan fiziki şəxs öldükdə, hüquqi şəxs ləğv edildikdə və ya fəaliyyəti dayandırıldıqda, tərəflərdən biri məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə, tərəflərdən birinin fəaliyyət qabiliyyətli olmaması və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmə tərəfindən müəyyən edildikdə, mediator və ya mediasiya təşkilatı Mediasiya Şurasının üzvlüyündən çıxarıldıqda, həmçinin mediator və ya mediasiya təşkilatı mediasiya prosesindən imtina etdikdə, "Mediasiya sessiyasında iştirak edilməməsi" ilə bağlı və ya "İlkin mediasiya sessiyasında iştirak edilməməsi" ilə bağlı və ya "İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi" ilə bağlı arayış tərtib olunduqda xitam verilir.
 
20.04.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).