19:57 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

"Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının zastavalarında hüquqi maarifləndirmə tədbirləri davam etdirilir.
 
Aprel ayının 20-də "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyası ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı tərəfindən N saylı sərhəd zastavalarında hüquqi maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Asiman Abbasov, "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının əməkdaşı Tofiq Bayramov və N saylı zastavaların zabit, çavuş və əsgər heyəti iştirak edib.
 
 
Tədbiri giriş sözü ilə "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının əməkdaşı Tofiq Bayramov açaraq qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının birgə təşkilatçılığı ilə bugünədək müxtəlif mövzularda bir sıra tədbirlər həyata keçirilib, bu kimi tədbirlər hərbi qulluqçuların hüquqi maarifləndirilməsində əvəzsiz rol oynayıb.
Sonra Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Asiman Abbasov "Hərbi xidmət əleyhinə olan cinayətlər" mövzusunda çıxış edərək bildirib ki, hərbi qulluqçular hüquq pozuntuları törətməyə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən müvafiq surətdə məsuliyyət daşıyırlar. Hərbi rütbəsindən və xidməti vəziyyətindən asılı olmayaraq hərbi qulluqçular qanun qarşısında bərabərdirlər və onlar maddi, mülki, intizam və inzibati məsuliyyətə, o cümlədən cinayət xarakterli əməllər törətdiyi hallarda cinayət məsuliyyətinə cəlb edilə bilərlər.
Qeyd olunub ki, hərbi qulluqçuların cinayət məsuliyyəti cinayət qanununun normaları ilə tənzimlənir. Hərbi xidmət əleyhinə olan cinayətlərin təsnifatı Cinayət Məcəlləsinin XII bölməsinin 35-ci fəslində verilmişdir. Cinayət Məcəlləsinin 35-ci fəsli hərbi qulluqçuların, eləcə də hərbi vəzifəlilərin törətdikləri hərbi xidmət əleyhinə olan cinayət əməllərinə görə cinayət məsuliyyətinin yeganə hüquqi əsasıdır.
Məruzəçi hərbi xidmət əleyhinə olan cinayətlər barədə tədbir iştirakçılarına məlumat verərək bildirib ki, çağırış və ya kontrakt üzrə Azərbaycan Respublikası Silahlı Qüvvələrində, digər qoşun və hərbi birləşmələrdə hərbi xidmət keçən hərbi qulluqçuların, qanunla müəyyən edilmiş qaydada hərbi qulluqçu statusuna malik olan başqa şəxslərin, habelə təlim və ya yoxlama toplanışlarına cəlb edilmiş hərbi vəzifəlilərin hərbi qulluğun müəyyən edilmiş qaydaları əleyhinə yönələn və qanunvericilikdə nəzərdə tutulmuş cinayətləri hərbi xidmət əleyhinə olan cinayətlər hesab olunur.
Vurğulanıb ki, hərbi xidmət əleyhinə olan cinayətlərin xüsusi obyekti Silahlı Qüvvələrdə və digər hərbi birləşmələrdə hərbi qanunvericilik normaları əsasında formalaşan hərbi-ictimai münasibətlərin məcmusu - hərbi qulluğun müəyyən edilmiş hərbi qulluq qaydasıdır. Bu qaydalar Azərbaycan Respublikasının qanunlarında, silahlı qüvvələrin nizamnamələrində, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunda, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamədə, müvafiq təlimatlarda, digər hərbi qanunvericilik aktlarında və normativ sənədlərdə əks olunmuşdur.
Sonra Asiman Abbasov tədbiri digər sərhəd zastavalarında "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) - insan hüquqlarının məhkəmədən kənar müdafiə mexanizmi kimi", "Müvəkkilin Preventiv mexanizm funksiyasının icrasından irəli gələn vəzifələr" və "Hərbi informasiya təhlükəsizliyinin hüquqi tənzimlənməsi" adlı mövzularla davam etdirib.
 
 
Tədbirlərin sonunda mövzular ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılıb.
 
20.04.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).