17:22 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Sosial sığorta hadisəsi nədir və hansı növləri vardır?.
 
"Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığortaolunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır.
 
 
Sosial sığorta hadisəsi baş verdikdə, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilən əmək pensiyaları, könüllü (əlavə) sosial sığorta əsasında əmək pensiyalarına əlavələr, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericiliklə müəyyən olunmuş dövr üçün), hamiləliyə və doğuma görə müavinət, uşağın anadan olmasına görə birdəfəlik müavinət, qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluqla əlaqədar müavinət, dəfn üçün müavinət, sığortalunanların sanatoriya-kurort müalicəsi üçün xərclərin tam və ya qismən ödənişi formasında sığorta ödəmələri verilir.
 
21.04.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).