1:56 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Aprel ayı ərzində bir sıra başçəkmələr həyata keçirilib.
 
"Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Qanuna uyğun olaraq Müvəkkil muxtar respublikada preventiv mexanizmin funksiyalarını cari ilin aprel ayı ərzində də davam etdirib.
Belə ki, Müvəkkilin Preventiv qrupu başçəkmələr cədvəlinə uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin və Əlahiddə Ümumqoşun Ordusunun tabeliyində olan müəssisələrə xəbərdarlıq etmədən bir sıra başçəkmələr həyata keçirib.
Başçəkmələr zamanı Ombudsmanın Preventiv qrupu tərəfindən saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərdə saxlanma şəraiti və rəftar məsələləri araşdırılıb, bütün kameralara baxış keçirilib, qida təminatı, tibbi xidmətin və asudə vaxtın təşkili, görüş, telefon danışığı və digər hüquqların beynəlxalq və milli qanunvericiliyə uyğun şəkildə təmin olunması vəziyyəti öyrənilib.
Başçəkmələr zamanı Preventiv qrup tərəfindən pozuntu halları aşkar edilməyib.
 
29.04.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).