21:16 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Hərbi hissələrdə hüquqi maarifləndirmə tədbirləri həyata keçirilib.
 
Mayın 13-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Əlahiddə Ümumqoşun Ordu Komandanlığının birgə təşkilatçılığı ilə N saylı hərbi hissələrdə hüquqi maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Asiman Abbasov, Əlahiddə Ümumqoşun Ordu Komandanlığının əməkdaşı Xəyal Əliyev və müvafiq hərbi hissələrin zabit, çavuş və əsgər heyəti iştirak edib.
 
 
Tədbirləri giriş sözü ilə Əlahiddə Ümumqoşun Ordu Komandanlığının əməkdaşı Xəyal Əliyev açaraq Ombudsman təsisatı ilə birgə həyata keçirilmiş tədbirlərin hərbi qulluqçuların maarifləndirilməsində, onların hüquq və vəzifələrinin daha dərindən öyrənilməsində xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb.
Sonra Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Asiman Abbasov hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarının pozulması barədə tədbir iştirakçılarına məlumat verib. O qeyd edib ki, silahlı qüvvələrin daimi döyüş qabiliyyətli və döyüş hazırlıqlı olmasının zəruri şərti hərbi qulluqçular tərəfindən onların vəzifələrini, funksiyalarını və onlara verilən tapşırıqları müəyyən edən normativ aktların tələblərinə dönmədən riayət edilməsi, yüksək hərbi intizamın dəstəklənməsidir. Hərbi intizam hər bir hərbi qulluqçunun hərbi borcunu və öz vətəni Azərbaycan Respublikasının müdafiəsi üçün şəxsi məsuliyyət daşımasını şüurlu surətdə dərk etməsinə əsaslanır.
"Hərbi qulluqçuların qarşılıqlı münasibətləri, həmin münasibətləri tənzimləyən qaydalar hərbi nizamnamələrdə ardıcıl şəkildə müəyyən edilir" deyə çıxış edən A.Abbasov bu qaydanın əsas tələblərinin Azərbaycan Respublikasının Silahlı Qüvvələrin Daxili Xidmət və İntizam Nizamnamələrində təsbit edildiyini, hərbi intizamın hər bir hərbi qulluqçudan Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin, qulluq etdiyi hərbi hissənin (gəminin) və öz hərbi rütbəsinin şöhrətini şərəflə qorumağı tələb etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Qeyd olunub ki, bütün hərbi qulluqçular rütbələrindən və vəzifələrindən asılı olmayaraq qanun qarşısında bərabərdilər və onlar inzibati məsuliyyətə, intizam məsuliyyətinə, mülki hüquqi məsuliyyətə, maddi məsuliyyətə, o cümlədən cinayət məsuliyyətinə cəlb edilə bilərlər.
Tədbirlərdə hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarının pozulması nəticəsində intizam məsuliyyətinin Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi ilə, inzibati məsuliyyətinin Azərbaycan Respublikasın İnzibati Xətalar Məcəlləsi ilə, cinayət məsuliyyətinin isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə tənzimləndiyi vurğulanıb və bu istiqamətdə mövcud qanunvericiliyin tələbləri hərbi qulluqçuların diqqətinə çatdırılıb.
Ombudsmanın əməkdaşı çıxışının sonunda vurğulayıb ki, qanunverici orqan tərəfindən hərbi xidmət əleyhinə olan cinayət xarakterli əməllərin müəyyən edilib cəzalandırılmasının şərtləndirilməsi ilk növbədə, hərbi intizamın bərqərar olunmasına və möhkəmləndirilməsinə xidmət edir. Buna görə də hərbi qulluqçular Azərbaycan Respublikasının qanunlarında və hərbi nizamnamələrində müəyyən edilmiş hərbi intizama ciddi riayət etməyə, qarşılıqlı münasibətlərdə münasibətlərdə nəzakətli davranmağa borcludurlar.
Tədbirlərin sonunda mövzu ətrafında iştirakçıların sualları Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılıb.
13.05.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).