10:47 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Muxtar respublikada qeyri-hökumət təşkilatlarının fəaliyyəti diqqət mərkəzində saxlanılır.
 
Mayın 18-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə "Vətəndaş cəmiyyətinin inkişafında qeyri-hökumət təşkilatlarının rolu" mövzusunda seminar keçirilib.
Seminarda Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Rəmzi Həsənov, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşları Zülfü İsmayılov, Həbibə Əliyeva, Reyhan Sadiqova və muxtar respublikada fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.
 
 
Seminarı giriş sözü ilə Ədliyyə Nazirliyinin əməkdaşı Zülfü İsmayılov açaraq müasir dövrdə qeyri-hökumət təşkilatlarının vətəndaş cəmiyyəti quruculuğu və ölkənin demokratikləşməsi prosesinin vacib institutlarından birinə çevrildiyini, dövlət orqanları ilə qeyri-hökumət təşkilatları arasında sıx əməkdaşlığın vətəndaş cəmiyyətinin inkişafı, demokratiyanın dərinləşməsi, qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması və milli maraqların qorunması üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Sonra seminarda Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Rəmzi Həsənov "Qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyəti və hüquqi dövlətin əsas atributudur" mövzusunda çıxış edərək bildirib ki, vətəndaş cəmiyyətinin aparıcı seqmenti kimi qeyri-hökumət təşkilatları hüquqi dövlət quruculuğu, ictimai-siyasi həyatın dåmīkratikləşdirilməsi, insan hüquq və azadlıqlarının qīrunması, cəmiyyətdə harmīnik və sabit inkişafın təmin ådilməsində əhəmiyyətli rol oynayır.
Qeyd olunub ki, ölkəmizdə qeyri-hökumət təşkilatlarının yaradılması və fəaliyyət göstərilməsi ilə bağlı münasibətlər "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikasının 13 iyun 2000-ci il tarixli Qanunu ilə tənzimlənir. Bu Qanun hüquqi şəxslər kimi qeyri-hökumət təşkilatlarının yaradılmasını, fəaliyyətini, yenidən təşkil edilməsi və ləğv edilməsi qaydalarını, qeyri-hökumət təşkilatlarının fəaliyyətini, idarə olunmasını, dövlət hakimiyyəti orqanları ilə münasibətlərini müəyyən edir.
R.Həsənov çıxışında bildirib ki, qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə qadağan olunmamış məqsədlər üçün yaradıla və fəaliyyət göstərə bilər. Qeyri-hökumət təşkilatları öz fəaliyyətlərini ictimai birliklər və fondlar vasitəsilə həyata keçirirlər və daimi əsaslarla və ya konkret məqsədlərə nail olmaq üçün təsis oluna bilərlər.
Seminarda qeyri-hökumət təşkilatlarının maliyyələşmə mənbələrindən bəhs edən natiq bu mənbələr arasında qrantların və ianələrin əldə edilməsinin mühüm yer tutduğunu vurğulayıb, qrantların və ianələrin verilməsi, alınması və istifadəsi ilə bağlı mövcud qanunvericiliyin tələblərini iştirakçıların diqqətinə çatdırıb.
R.Həsənov çıxışına əlavə edərək qeyd edib ki, ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması, ictimai həyatın demokratikləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilməkdədir. Belə ki, muxtar respublikamızda bütün sahələrdə olduğu kimi vətəndaş cəmiyyəti institutlarına da xüsusi diqqət və qayğı göstərilir və bu sahədə təqdirəlayiq addımlar atılır. 16 may 2009-cu il tarixdə "Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında" Ali Məclisin Sədrinin Fərmanı bunun bariz nümunəsidir. Görülən işlərin nəticəsidir ki, bu gün muxtar respublikamızda bütün münasibətlər sahəsində ictimai təşkilatlar fəaliyyət göstərir, vətəndaşlar bu cür təşkilatlarda birləşərək öz maraqlarını təmin etməyə çalışırlar.
Sonra seminarda Ədliyyə Nazirliyinin əməkdaşı Həbibə Əliyevanın "Qeyri-hökumət təşkilatlarının fəaliyyətini tənzimləyən qanunvericiliklə müəyyənləşdirilən tələblər" və Reyhan Sadiqovanın "Qeyri-hökumət təşkilatlarının fəaliyyətinin müasir tələblərə uyğun qurulmasında həyata keçirilən tədbirlər" mövzusunda çıxışları dinlənilib.
Seminarın sonunda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.
 
18.05.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).