5:28 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Hansı hallarda notariat hərəkətlərini aparmaqdan imtina edilməlidir?.

"Notariat haqqında" Qanuna əsasən notarius və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər hərəkətin aparılması qanunazidd olduqda, hərəkəti başqa notarius və ya digər vəzifəli şəxs aparmalı olduqda, hərəkətin aparılması barədə fəaliyyət qabiliyyəti olmayan şəxs və ya lazımi səlahiyyəti olmayan nümayəndə müraciət etdikdə, hüquqi şəxsin adından bağlanan əqd onun nizamnamə və ya əsasnaməsində göstərilən məqsədlərə zidd olduqda, qanunun tələblərinə uyğun olmayan əqd bağlandıqda, notariat hərəkətinin aparılması üçün təqdim olunan sənədlər qanunvericiliyin tələblərinə zidd olduqda və ya həmin sənədlərdə ayrı-ayrı şəxslərin şərəf və ləyaqətini ləkələyən məlumatlar olduqda, əqdin məzmunu tərəflərin həqiqi niyyətinə uyğun olmadıqda notariat hərəkətlərini aparmaqdan imtina etməlidirlər.
 
 
Notariuslar və notariat hərəkətini aparan digər vəzifəli şəxslər hərəkətin aparılmasına rədd cavabı almış şəxsin xahişi ilə üç gün müddətində imtina barədə əsaslandırılmış qərar çıxarmalı və ondan şikayət verilməsi qaydasını izah etməlidirlər.
"Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən şübhə yaradan əməliyyatlarla bağlı aparılan notariat hərəkətlərinin icrası maliyyə monitorinqi orqanı tərəfindən qanunla müəyyən edilmiş müddətdə və qaydada dayandırıla bilər.
20.05.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).