Əmlak üzərinə həbs qoyulması hansı ardıcıllıqla həyata keçirilir?. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən əmlak üzərinə həbs qoyularkən birinci növbədə - cavabdehin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə, ikinci növbədə - hazır məhsul (əmtəə), habelə bilavasitə istehsalatda istifadə edilməyən və istifadəsi nəzərdə tutulmayan maddi sərvətlər, üçüncü növbədə - daşınmaz əmlak obyektləri, habelə xammal və materiallar, dəzgahlar, avadanlıqlar, bilavasitə istehsalatda istifadəsi nəzərdə tutulan digər əsas vəsaitlər, dördüncü növbədə - başqa şəxslərə verilmiş əmlak üzərinə həbs qoyulur. 27.05.2022
|