9:13 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

İstehlakçılar tərəfindən qaz, elektrik və istilik enerjisindən istifadə qaydalarının pozulmasına görə məsuliyyət.
 
Ölkəmizdə, xüsusən də muxtar respublikamızda məskunlaşmanın artması, yeni yaşayış massivlərinin salınması, sənaye və digər enerji tutumlu müəssisələrin istifadəyə verilməsi elektrik enerjisinə və təbii qaza olan tələbatı ilbəil artırır. Hər il bu sahələr üzrə tədbirlər həyata keçirilir, yeni elektrik stansiyaları, modul tipli stansiyalar istifadəyə verilir. Yeni elektrik stansiyalarının istifadəyə verilməsinin və energetika təsərrüfatının müasir tələblər səviyyəsində qurulmasının nəticəsidir ki, bu gün istehlakçılar dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunurlar.
Bütün bunlara bàõmàyàràq bəzən istehlakçılar tərəfindən qaz, elektrik və istilik enerjisindən səmərəli istifadə olunmur, enerji mənbələrindən istifadə qaydalarının tələblərinə düzgün riayət edilmir. İstehlakçılar tərəfindən qaz, elektrik və istilik enerjisindən istifadə qaydalarının tələblərinə əməl edilməməsi nəticəsində həm insanların həyat və sağlamlığına, həm də dövlətə, cəmiyyətə maddi ziyan yetirilir.
İstehlakçılar tərəfindən qaz, elektrik və istilik enerjisindən istifadə qaydalarının ¬pozulması həm mülki məsuliyyətə, həm də inzibati və cinayət məsuliyyətinə səbəb olur.
Belə ki, istehlakçının təqsiri üzündən zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir.
İstehlakçının təqsiri üzündən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Bu halda zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir.
 
 
İstehlakçı istifadəsindəki elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə görə məsuliyyət daşıyır.
İstehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılması yalnız fərdi qaydada həyata keçirilir. Yəni elektrik enerjisinin dəyərini vaxtında ödəməyən istehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılması elektrik enerjisinin dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir.
Həmçinin istehlakçının təqsirindən baş vermiş qəza nəticəsində enerji təchizatı müəssisəsinə ziyan dəydikdə (elektrik qurğularının, avadanlıqların zədələnərək yararsız hala düşməsi və s.) istehlakçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq enerjitəchizatı müəssisəsi qarşısında maddi məsuliyyət daşıyır.
Bununla yanaşı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin "Sənaye, elektrik və istilik enerjisindən istifadə qaydaları əleyhinə olan inzibati xətalar" adlanan 26-cı fəslində qaz, elektrik və istilik enerjisi sahəsində qanunvericiliyin tələblərinin pozulmasına görə inzibati məsuliyyət növü nəzərdə tutan bir sıra maddələr öz əksini tapıbdır.
Belə ki, qaz, elektrik və istilik enerjisi sahəsində qanunvericiliklə müəyyən olunmuş tələblərin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər isə iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilirlər.
İstehlakçı tərəfindən qaz və elektrik enerjisi sahəsində qanunvericiliyin tələblərinin pozulmasının qarşısını almağa yönələn müvafiq maneələrin törədilməsi də inzibati məsuliyyət yaradır və bu inzibati xətanı törətməyə görə fiziki şəxslər barəsində iyirmi manat məbləğində, vəzifəli şəxslər barəsində əlli manat məbləğində, hüquqi şəxslər barəsində isə yüz manat məbləğində cərimə cəzası tətbiq olunur.
İnzibati xətanın bir növü kimi təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda, yəni beş min manatdan yuxarı olmayan məbləğdə ziyan vurulmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Eyni zamanda təbii qazdan, elektrik və ya istilik enerjisindən istifadə qaydalarının pozulmasına görə fiziki şəxslər barəsində otuz manatdan qırx manatadək məbləğdə, vəzifəli şəxslər barəsində yetmiş manatdan doxsan manatadək məbləğdə, hüquqi şəxslər barəsində isə iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə cəzası tətbiq olunur.
Qanunvericilikdə istehlakçılar tərəfindən qaz, elektrik və istilik enerjisindən istifadə qaydalarının ¬pozulmasına görə inzibati məsuliyyətlə yanaşı, daha ciddi cəza tədbirləri kimi cinayət məsuliyyəti də nəzərdə tutulub.
Belə ki, cinayət qanunvericiliyinə əsasən təbii qaz, elektrik və ya istilik şəbəkələrinə qanunsuz qoşulmaqla bu resursların talanması xeyli miqdarda ziyan vurmaqla törədildikdə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır. Eyni əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə isə dörd min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq olunur.
Əgər təbii qaz, elektrik və ya istilik şəbəkələrinə qanunsuz qoşulmaqla bu resursların talanması xüsusilə külli miqdarda ziyan vurmaqla törədilərsə, onda əməli törətmiş şəxs və ya şəxslər barəsində üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq olunacaqdır.
Bununla yanaşı təbii qaz, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin səlahiyyətli nümayəndəsinin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi səbəbindən yuxarıda qeyd olunan əməllərin qarşısının alınmaması üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Həmçinin təbii qaz, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin səlahiyyətli nümayəndəsinin xidməti mövqedən sui-istifadə etməklə tamah və ya şəxsi marağı üzündən qeyd olunan əməllərin qarşısını almaması da cinayət məsuliyyətinə səbəb olur. Bu cinayəti törətməyə görə cinayət qanunvericiliyində dörd min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya dörd ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.
Prezident İlham Əliyev demişdir: "Hər bir ölkə çalışmalıdır ki, enerji təhlükəsizliyini təmin etsin. Bunsuz müstəqil inkişaf mümkün deyildir. Azərbaycan nəinki öz enerji təhlükəsizliyini təmin edib, eyni zamanda, digər ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində də rol oynayır".
Qeyd etmək lazımdır ki, hàzırdà təsərrüfàt və məişət åhtiyàclàrını ödəmək üçün, hàbålə õàmmàl kimi istifàdə ådilən və müvàfiq pàylàyıcı şəbəkələr vàsitəsilə iståhlàkçılàrà çàtdırılàn təbii qàz, ålåktrik və istilik ånårjisi dövlət mülkiyyətindədir. Ona görə də hər bir vətəndaş enerji resurslarından səmərəli və qanuni istifadə etməlidir.
 
Sadiq Babayev
 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə
Müvəkkilinin (Ombudsmanın) əməkdaşı
 
 
03.06.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).