17:29 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Alkoqolizmə və narkomaniyaya düçar olmuş şəxslərin cəmiyyətə inteqrasiyası və sosial adaptasiyası diqqət mərkəzindədir.
 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Psixi Xəstəliklər Dispanserində hüquqi maarifləndirmə tədbiri keçirilib.
 
 
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Vahidə Bayramova, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Səbuhi İbrahimov və Dispanserin işçi heyəti iştirak edib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Səbuhi İbrahimov açaraq tibb işçilərinin hüquqi maarifləndirilməsində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili ilə birgə həyata keçirilmiş tədbirlərin rolundan danışıb.
Sonra tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Vahidə Bayramovanın "Alkoqolizmə və narkomaniyaya düçar olmuş şəxslərin cəmiyyətə inteqrasiyası və sosial adaptasiyası" mövzusunda çıxışı dinlənilib. O bildirib ki, Azərbaycan Respublikasında sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması məqsədilə alkoqolizmə, xüsusən də narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilmişdir.
Qeyd olunub ki, ölkəmizdə əhali, xüsusilə də uşaq və gənclər arasında sağlam ətraf mühit və sağlam həyat tərzinin geniş təbliği, narkomaniyaya, alkoqolizmə aludə olan şəxslərin reabilitasiyası, cəmiyyətə inteqrasiyası və sosial adaptasiyası sahəsində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.
Narkoloji xəstəliklərin və onların doğurduğu mənfi tibbi və sosial nəticələrin, habelə bu xəstəliklərə düçar olmuş və onların ətrafında olan şəxslərə ziyanın vurulması hallarının qarşısını almaq, o cümlədən narkomanlığa düçar olmuş şəxslərin müalicəsi, reabilitasiyası və resosializasiyası məqsədilə həyata keçirilən tədbirlər 29 iyun 2001-ci il tarixli "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 276 nömrəli qərarı ilə təsdiq edilmiş "Narkomanlığa düçar olmuş şəxslərin müalicəsi, reabilitasiyası və resosializasiyası üzrə Proqramı" və digər normativ hüquqi aktlarla müəyyən edilir və tənzimlənir.
Dövlətin narkoloji xəstəliklərin qarşısının alınması, belə xəstəliklərin erkən müəyyən və müalicə edilməsi, narkoloji xəstələrin səhhəti və psixoloji vəziyyəti üzərində tibbi nəzarətin həyata keçirilməsi və bu xəstələrin cəmiyyətə qovuşması üçün şərait yaratdığını diqqətə çatdıran Vahidə Bayramova narkoloji xəstələrə onların maddi vəziyyətindən asılı olmayaraq narkoloji yardımın göstərilməsinə, habelə bu şəxslərin sağlamlığı üzərində ixtisaslaşdırılmış tibbi nəzarətin həyata keçirilməsinə dövlət tərəfindən təminat verildiyini vurğulayıb.
Tədbirdə narkoloji xidmət və nəzarət sahəsində həyata keçirilən sosial tədbirlərin alkoqolizmə və narkomaniyaya düçar olmuş şəxslərin cəmiyyətə inteqrasiyası və sosial adaptasiyası istiqamətdə çox mühüm rol oynadığı, bu tədbirlərin narkoloji xəstələrin və alkoqolizmdən əziyyət çəkən şəxslərin, həmçinin onların ailə üzvlərinin sosial müdafiəsi, onların hüquqlarının qorunması və cəmiyyətə adaptasiyası, yəni onların iş yerləri və peşə bilikləri ilə təmin olunması məqsədilə həyata keçirildiyi qeyd olunub.
Tədbirin sonunda mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılıb.
 
16.06.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).