9:33 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

"Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Naxçıvan Muxtar Respublikasının 2022-ci il 16 iyul tarixli 15-VI QN nömrəli Qanununun tətbiqi barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı.
  
 
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 3-cü və 22-ci bəndlərini rəhbər tutaraq "Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Naxçıvan Muxtar Respublikasının 2022-ci il 16 iyul tarixli 15-VI QN nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. "Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununun 36-cı maddəsinin dördüncü hissəsində, 39-cu maddəsinin birinci hissəsində, ikinci hissəsinin ikinci cümləsində, 41-ci maddəsinin birinci hissəsinin dördüncü abzasında və dördüncü hissəsində "müvafiq orqan (qurum)" dedikdə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
1.2. həmin Qanunun 2-1-ci maddəsinin birinci hissəsinin üçüncü abzasında, 38-ci maddəsinin beşinci hissəsinin 3-cü bəndində və 42-ci maddəsinin birinci hissəsində "müvafiq orqan (qurum)" dedikdə Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu nəzərdə tutulur.
2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti "Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Naxçıvan Muxtar Respublikasının 2022-ci il 16 iyul tarixli 15-VI QN nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
3. Bu Fərman 2022-ci il iyulun 1-dən qüvvəyə minir.
 
Naxçıvan Muxtar Respublikası
        Ali Məclisinin Sədri                             Vasif TALIBOV
 
Naxçıvan şəhəri, 16 iyul 2022-ci il
18.07.2022 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).