15:43 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Mühafizə Şöbəsində hüquqi maarifləndirmə tədbiri keçirilib.
 
İyulun 21-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Mühafizə Şöbəsində hüquqi maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Asiman Abbasov, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Nihad Sadıxov və Mühafizə Şöbəsinin zabit və sıravi rəis heyəti iştirak edib.
 
 
Tədbiri Daxili İşlər Nazirliyinin əməkdaşı Nihad Sadıxov giriş sözü ilə açaraq Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) ilə birgə Daxili İşlər Nazirliyinin tabeliyində olan müəssisələrdə bugünədək müxtəlif mövzularda həyata keçirilmiş tədbirlərin polislərin hüquqi maarifləndirilməsində rolu və əhəmiyyətindən danışıb.
Sonra tədbirdə Ombudsmanın əməkdaşı Asiman Abbasovun "Polis tərəfindən fiziki qüvvənin və xüsusi vasitələrin tətbiqi" mövzusunda çıxışı dinlənilib.
Qeyd olunub ki, respublikamızın ictimai-siyasi sabitlik şəraitində inkişafında, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizənin səmərəli təşkilində, dövlətçiliyin hər cür cinayətkar qəsdlərdən müdafiəsində, vətəndaşların təhlükəsiz yaşamaq kimi fundamental hüququnun təminatında Daxili İşlər Nazirliyinin və onun ayrı-ayrı struktur bölmələrinin müstəsna rolu vardır. Cinayətkarlığın bütün forma və təzahürlərinə qarşı mübarizə aparan daxili işlər orqanları qanunla üzərinə düşən vəzifələri yerinə yetirməklə, iqtisadi inkişafın mühüm şərti olan sabitliyin təminatı üçün bütün zəruri tədbirləri həyata keçirməklə xalqın və dövlətin sadiq keşikçisinə çevrilib, ictimai etimad qazanıb.
Bildirilib ki, "Polis haqqında" Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən polis əməkdaşı onun qanuni tələblərini icra etməyən hər hansı şəxsə qarşı yalnız hazırlanan və ya törədilən cinayətin qarşısı alındıqda, inzibati xətanı və ya cinayət törədən şəxs tutulduqda və hər hansı hüquqpozmanın törədilməsində güc işlədildikdə fiziki qüvvə tətbiq edə bilər.
Asiman Abbasov qeyd edib ki, "Polis haqqında" Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən polis əməkdaşı onun qanuni tələblərini icra etməyən hər hansı şəxsə qarşı insan həyatına və sağlamlığına real təhlükə yaradan basqın və ya digər zorakılıq edildikdə, qiyam və ya kütləvi iğtişaşlar baş verdikdə, girov saxlanılan şəxs və ya zəbt olunmuş binalar, tikililər, qurğular, torpaq sahələri və nəqliyyat vasitələri azad edildikdə, yaşayış binalarına, habelə müəssisələrin, idarələrin, təşkilatların binalarına qrup halında basqın dəf edildikdə, müqavimət göstərən və ya insan həyatı və sağlamlığı, habelə mülkiyyət əleyhinə cinayət törədən şəxs yaxalandıqda və ya qaçmağa cəhd göstərdikdə və digər hallarda xüsusi vasitələri tətbiq edə bilər.
Fiziki qüvvənin, xüsusi vasitələrin və odlu silahın qanunsuz tətbiqinə yol verən polis əməkdaşının Azərbaycan Respublikasının qanunvericiliyi ilə məsuliyyət daşıdığını vurğulayan Asiman Abbasov fiziki qüvvənin, xüsusi vasitələrin və odlu silahın tətbiqi ilə bağlı polis əməkdaşının vəzifələrini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılıb.

21.07.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).