20:48 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Ombudsmanın Preventiv qrupu Psixi Xəstəliklər Dispanserində başçəkmə həyata keçirib.
 
Muxtar respublikada sosial qayğıya ehtiyacı olan əhali qruplarının hüquqlarının müdafiəsi Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən daim diqqət mərkəzində saxlanılır.
İyulun 21-də Müvəkkilin preventiv mexanizm funksiyasının icrası məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Psixi Xəstəliklər Dispanserinə başçəkmə həyata keçirilib.
Başçəkmə zamanı Preventiv qrup tərəfindən Psixi Xəstəliklər Dispanserində müalicə alan şəxslərin saxlanma şəraiti ilə bağlı müəssisənin palata və şöbələrinə, yataq və tibb otaqlarına, istirahət otağına, yeməkxanasına, mətbəxinə, ərzaq anbarına və digər obyektlərə baxış keçirilib, qidalanma səviyyəsi, tibbi-sosial xidmətin, asudə vaxtın təşkili və digər hüquqlarının təmin olunması vəziyyəti öyrənilib.
Həmçinin, başçəkmə zamanı Dispanserdə müalicə alan şəxslərlə hüquqi maarifləndirici söhbətlər aparılıb, "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununun tələbləri, Müvəkkilin səlahiyyətləri, Müvəkkilə müraciət etmə qaydası, Müvəkkilin hüquq və vəzifələri izah edilib və onlara hüquqi məsləhətlər verilib.
22.07.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).