19:31 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Psixi Xəstəliklər Dispanserində tədbir keçirilib.
 
İyulun 25-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Psixi Xəstəliklər Dispanserində hüquqi maarifləndirmə tədbiri keçirilib.
 
 
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı İsa Əliyev, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Səbuhi İbrahimov və Dispanserin işçi heyəti iştirak edib.
Tədbirdə Ombudsmanın əməkdaşı İsa Əliyevin "Psixi pozuntusu olan şəxslərə psixiatriya yardımı göstərilməsi və onların sosial müdafiəsinin təmin edilməsi" mövzusunda geniş çıxışı dinlənilib, mövzu ilə bağlı "Psixiatriya yardımı haqqında" Azərbaycan Respublikasının Qanununun müvafiq müddəaları barədə tədbir iştirakçılarına məlumat verilib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılıb.
25.07.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).