20:00 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Ombudsmanın Preventiv qrupu Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində olublar.
 
İyulun 25-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) preventiv mexanizm funksiyasının icrası məqsədilə Müvəkkilin Preventiv Qrupu tərəfindən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinə başçəkmə həyata keçirilib.
Başçəkmə zamanı Preventiv qrup tərəfindən yataq, sinif və oyun otaqlarına, oyun bağçasına, yeməkxanasına, mətbəxinə, ərzaq anbarına və digər obyektlərə baxış keçirilib, saxlanma şəraiti, qidalanma səviyyəsi, tibbi-sosial xidmətin, asudə vaxtın təşkili və digər hüquqların təmin olunması vəziyyəti öyrənilib.
Həmçinin, başçəkmə zamanı Mərkəzin işçi heyəti ilə hüquqi maarifləndirici söhbətlər aparılıb, "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun tələbləri, Müvəkkilin səlahiyyətləri, Müvəkkilə müraciət etmə qaydası, Müvəkkilin hüquq və vəzifələri izah edilib və onlara hüquqi məsləhətlər verilib.
 
26.07.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).