2:34 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinə başçəkmə həyata keçirilib.
 
İyulun 26-da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) preventiv mexanizm funksiyasının icrası məqsədilə Müvəkkilin Preventiv Qrupu tərəfindən Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirilib.
Başçəkmə zamanı Preventiv qrup tərəfindən Mərkəzdə əcnəbilər üçün yaradılan şərait və rəftar məsələləri, telefon danışıqları ilə bağlı mövcud vəziyyət araşdırılıb, yaşayış və tibb otaqlarına, yeməkxana, ərzaq anbarı və digər obyektlərə baxışlar keçirilib, habelə məcburi və könüllü qaydada saxlanılan şəxslərin hüquqlarının təmin olunması, sənədləşmənin aparılması vəziyyəti öyrənilib.
Həmçinin, başçəkmə zamanı Mərkəzin işçi heyəti ilə hüquqi maarifləndirici söhbətlər aparılıb, "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun tələbləri izah edilib və onlara hüquqi məsləhətlər verilib.
 
27.07.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).