8:47 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Ombudsman Günay Rzayeva "Ahıllar Evi"nə başçəkmə həyata keçirib.
 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) preventiv mexanizm fəaliyyəti çərçivəsində saxlanılan şəxslərin hüquqlarının təmini vəziyyətinin araşdırılması məqsədilə başçəkmələr davam etdirilir.
Belə ki, iyulun 28-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) preventiv mexanizm funksiyasının icrası məqsədilə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva tərəfindən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan "Ahıllar Evi"nə başçəkmə həyata keçirilib.
 
 
Başçəkmə zamanı Ombudsman tərəfindən "Ahıllar Evi"ndə saxlanma şəraiti və rəftar məsələləri araşdırılıb, yataq və tibb otaqlarına, istirahət otağına, yeməkxanaya, ərzaq anbarına və digər obyektlərə baxış keçirilib, qidalanma səviyyəsi, tibbi-sosial xidmətin, asudə vaxtın təşkili və digər hüquqlarının təmin olunması vəziyyəti öyrənilib.
Başçəkmələr zamanı sosial qayğıya ehtiyacı olan şəxslərlə və "Ahıllar Evi"nin işçi heyəti ilə hüquqi maarifləndirici söhbətlər aparılıb, "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununun tələbləri izah edilib və onlara hüquqi məsləhətlər verilib.
 
29.07.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).