23:23 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Cəzaçəkmə müəssisələrində hüquqi maarifləndirmə tədbirləri həyata keçirilib.
 
İyulun 29-da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Penitensiar Xidmətin tabeliyində olan cəzaçəkmə müəssisələrində hüquqi maarifləndirmə tədbirləri keçirilib.
Həyata keçirilmiş tədbirlərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşları Asiman Abbasov, Rəmzi Həsənov, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşı Əli Rəhimov, Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin Ümumi Rejim-1 bölməsində və 8 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində cəzaçəkən məhkumlar və aid müəssisələrin əməkdaşları iştirak edib.
Tədbirlərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Rəmzi Həsənovun "Məhkumların əsas vəzifələri" və "Məhkumların maddi məsuliyyəti ilə bağlı qanunvericiliyin tələbləri" mövzularında geniş çıxışı dinlənilib, mövzularla bağlı mövcud qanunvericliyin müddəaları tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılıb.
 
29.07.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).