18:42 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Müvəkkilin preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu müəssisələrə başçəkmələr iyul ayı ərzində də davam etdirilib.
 
"Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununa uyğun olaraq Müvəkkil muxtar respublikada preventiv mexanizmin funksiyalarını cari ilin iyul ayı ərzində də davam etdirib.
Belə ki, Müvəkkil və onun Preventiv qrupu başçəkmələr cədvəlinə uyğun olaraq Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin, Ədliyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Əlahiddə Ümumqoşun Ordusunun və Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin tabeliyində olan müəssisələrə əvvəlcədən xəbərdarlıq etmədən bir sıra başçəkmələr həyata keçirib.
Başçəkmələr zamanı Ombudsmanın Preventiv qrupu tərəfindən saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərdə saxlanma şəraiti və rəftar məsələləri araşdırılıb, bütün kameralara, yaşayış otaqlarına baxış keçirilib, qida təminatı, tibbi xidmətin və asudə vaxtın təşkili, görüş, telefon danışığı və digər hüquqların beynəlxalq və milli qanunvericiliyə uyğun şəkildə təmin olunması vəziyyəti öyrənilib. 
29.07.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).