0:18 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Ombudsmanın kollektivi "Muzey günləri" çərçivəsində Naxçıvan Duz Muzeyini ziyarət ediblər.

 
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında" 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq muxtar respublikada fəaliyyət göstərən dövlət orqanları əməkdaşlarının muzeylərə kollektiv gedişinin həyata keçirilməsi muzeylərə marağın artmasına, tariximizin, mədəniyyətimizin hərtərəfli öyrənilməsinə və təbliğinə şərait yaradır.
Sərəncamın icrasına uyğun olaraq, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) kollektivi Naxçıvan Duz Muzeyində olublar.
Muzeylə tanışlıq zamanı bələdçi qeyd edib ki, Naxçıvan Duz Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il sentyabrın 12-də imzaladığı "Naxçıvan Duz Muzeyinin yaradılması haqqında" Sərəncamına uyğun olaraq yaradılıb və 2018-ci il aprelin 25-dən fəaliyyət göstərir. Muzeyin yaradılmasında əsas məqsəd Naxçıvan duzunun tarixdə oynadığı mühüm rolu dünyaya çatdırmaq, aparılan elmi tədqiqatların nəticələrinin sistemləşdirilməsini, elmi araşdırmalar zamanı əldə olunmuş maddi-mədəniyyət nümunələrinin qorunub saxlanılmasını və təbliğini təmin etməkdir.
Bildirilib ki, beş min illik tarixə malik Naxçıvanda şəhər mədəniyyətinin əsasını duzçıxarma və duz mədənçiliyi təşkil edib. Naxçıvan Duzdağından eramızdan əvvəl V əsrdən mədən üsulu ilə duz çıxarılıb ki, bu da dünyada bu yolla duzun ilk emalı təcrübəsidir. Arxeoloji qazıntılar zamanı burada müxtəlif dövrlərə aid daş alətlərlə yanaşı, Eneolit və İlk Tunc dövrlərinə aid keramika məmulatları da aşkar olunub.
Diqqətə çatdırılıb ki, muzeydə 138 eksponat, o cümlədən duzdan hazırlanmış müxtəlif fiqurlar, Azərbaycan Respublikasının dövlət bayrağının duzdan hazırlanmış maketi, Naxçıvan Duzdağı haqqında nəşr olunmuş kitablar, Naxçıvan şəhəri, Nuh peyğəmbər və Naxçıvan, Duzdağ mədəniyyəti və duz yataqları haqqında dərc olunmuş qəzet materialları, "Duzdağ" sənədlər toplusu nümayiş olunur.
Muzeydə nümayiş olunan və Naxçıvan Duzdağının qədim tarixini, mədəni potensialını özündə əks etdirən qədim daş alətlər-çəkic, həvəngdəstə, çapacaq və daş baltalar, saxsıdan və gildən hazırlanmış duz qabları, duz torbaları, duz kristalları, karsit və duz süxurları və digər qiymətli eksponatlar Ombudsmanın əməkdaşları tərəfindən maraqla izlənilib.

01.08.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).