9:44 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Müvəqqəti SaxlamaYerində tədbir keçirilib.
 
Avqustun 5-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Müvəqqəti Saxlama Yerində hüquqi maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı İsa Əliyev, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Nihad Sadıxov və Müvəqqəti Saxlama Yerinin zabit və sıravi rəis heyəti iştirak edib.
 
 
Tədbirdə Ombudsmanın əməkdaşı İsa Əliyevin "Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsi: Azadlıq və toxunulmazlıq hüququ" mövzusunda geniş çıxışı dinlənilib, mövzu ilə bağlı beynəlxalq və milli qanunvericiliyin tələbləri barədə tədbir iştirakçılarına məlumat verilib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı tərəfindən cavablandırılıb.
05.08.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).