13:24 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Daxili İşlər Nazirliyinin polis idarə, şöbə və bölmələrinə başçəkmələr həyata keçirilib.
 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) preventiv mexanizm fəaliyyəti çərçivəsində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Preventiv qrupu tərəfindən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinə, Babək Rayon Polis İdarəsinin Cəhri Polis Bölməsinə, həmçinin Culfa və Ordubad rayon polis şöbələrinə əvvəlcədən xəbərdarlıq etmədən, ümumilikdə 4 başçəkmə həyata keçirilib.
 
 
BMT-nin "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikasının Qanunu əsasında təşkil olunmuş başçəkmələrdə məqsəd saxlanma şəraitinin və rəftar məsələlərinin araşdırılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması, müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.
Həyata keçirilən başçəkmələr çərçivəsində saxlanma şəraiti və rəftar məsələləri araşdırılıb, bütün kameralara, istintaq, görüş otaqlarına, gəzinti sahələrinə baxış keçirilib, telefon danışıqları, görüşlərin verilməsi və sənədləşmənin aparılması vəziyyəti araşdırılıb.
Başçəkmələrin yekununda polis idarə, şöbə və bölmələrin məsul əməkdaşları ilə hüquqi maarifləndirici söhbət aparılıb, milli və beynəlxalq qanunvericilyin müddəaları izah edilib.
 
05.08.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).