21:48 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Naxçıvan Radiosunda səsləndirdiyi "İnsan Hüquqları" verilişinə dair məlumat.
 
Cari ilin 7 ayı ərzində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Naxçıvan Radiosunda səsləndirdiyi "İnsan Hüquqları" verilişində insan hüquq və azadlıqlarını əhatə edən 7 mövzu üzrə 7 hüquqi maarifləndirici veriliş həyata keçirilib.
Həyata keçirilmiş 7 verilişdə "Vətəndaşlıq hüququ", "İnsan hüquqlarının səmərəli təminat mexanizmi-Ombudsman", "İnformasiya cəmiyyəti və kibertəhlükəsizlik", "Muxtar respublikada sənaye məhəllərinin yaradılması və fəaliyyətinin təşkili","Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində polisin hüquq və vəzifələri", "18 iyun ölkəmizdə insan hüquqları günündür" və "Hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarının pozulması" mövzularında müsahibələr verilib.
Verilişlərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın), Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin, Rabitə və Yeni Texnologiyalar Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ədliyyə Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin, Naxçıvan Muxtar Respublikası Əlahiddə Ümumqoşun Ordusunun, Mediasiya qurumunun və Naxçıvan Dövlət Universitetinin nümayəndələri iştirak edib.
05.08.2022 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).