20:29 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Sərhəd zastavalarında hüquqi maarifləndirmə tədbirləri keçirilib.
 
Avqustun 10-da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının birgə təşkilatçılığı ilə N saylı sərhəd zastavalarında hüquqi maarifləndirmə tədbirləri keçirilib.
 
 
Tədbirlərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Rəmzi Həsənov, "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının əməkdaşı Tofiq Bayramov və N saylı sərhəd zastavalarının zabit, çavuş və əsgər heyəti iştirak edib.
Tədbirlərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Rəmzi Həsənovun "Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarının pozulması", "Hərbi qulluqçu ailələrinin sosial müdafiə hüququ", "Vətənə sədaqət sərhəddən başlayır" və "Hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və fərarilik" mövzularında geniş çıxışı dinlənilib, mövzularla bağlı mövcud qanunvericliyin müddəaları tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Sonda iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılıb.
 
11.08.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).