12:42 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Ombudsmanın Preventiv qrupu tərəfindən başçəkmələr həyata keçirilib.
 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) preventiv mexanizm fəaliyyəti çərçivəsində Müvəkkilin Preventiv qrupu tərəfindən Daxili İşlər Nazirliyinin Şahbuz Rayon Polis Şöbəsinə və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan M.Füzuli adına Ordubad şəhər tam orta İnternat Məktəbinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr həyata keçirilib.
BMT-nin "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikasının Qanunu əsasında təşkil olunmuş başçəkmələrdə məqsəd saxlanma şəraitinin və rəftar məsələlərinin araşdırılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması, müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin monitorinqi olub.
Həyata keçirilmiş başçəkmələr çərçivəsində saxlanma şəraiti və rəftar məsələləri araşdırılıb və sənədləşmənin aparılması vəziyyəti öyrənilib.
 
12.08.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).