14:34 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Hərbi qulluqçuların hüquqi maarifləndirilməsi diqqət mərkəzindədir. 
 
 
Avqustun 17-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Əlahiddə Ümumqoşun Ordusunun birgə təşkilatçılığı ilə Naxçıvan Qarnizon Hauptvaxtında və N saylı hərbi hissədə hüquqi maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Rəmzi Həsənov, Əlahiddə Ümumqoşun Ordusunun əməkdaşı Amil Hacıyev, Naxçıvan Qarnizon Hauptvaxtının və N saylı hərbi hissənin zabit, gizir və əsgər heyəti iştirak edib.
Tədbirlərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Rəmzi Həsənovun "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyanın və onun Fakültativ Protokolunun tələblərinin izahı" və "Hərbi xidmət əleyhinə olan cinayətlər" mövzularında geniş çıxışı dinlənilib, milli və beynəlxalq qanunvericiliyin müddəaları tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Sonda mövzular ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılıb.
 
17.08.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).