0:06 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Ombudsmanın preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu müəssisələrə başçəkmələr davam etdirilir.
 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) preventiv mexanizm fəaliyyəti çərçivəsində Müvəkkilin Preventiv qrupu tərəfindən Naxçıvan Muxtar Respublikasının Daxili İşlər, Ədliyyə və Səhiyyə nazirliklərinin tabeliyində olan müəssisələrə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr həyata keçirilib.
Belə ki, Müvəkkilin preventiv mexanizm funksiyasının icrası məqsədilə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsinə həyata keçirilmiş başçəkmə zamanı İdarənin polis heyəti ilə hüquqi maarifləndirici söhbət aparılıb, saxlanma şəraiti və rəftar məsələləri araşdırılıb, qidalanma, tibbi yardım, gəzinti, görüş, telefon danışıqları ilə bağlı sənədlər yoxlanılıb, qeydiyyat kitablarına baxış keçirilib, saxlanılan şəxslərin beynəlxalq və milli qanunvericiliyə uyğun şəkildə hüquqlarının təmin olunması vəziyyəti öyrənilib.
Həmçinin Müvəkkilin Preventiv qrupu Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasına, o cümlədən Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin Həbsxanasına və Ciddi Rejiminə başçəkmələr həyata keçirib. Birləşmiş Millətlər Təşkilatının "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikasının Qanunu əsasında təşkil olunmuş başçəkmələr zamanı Preventiv qrupun üzvü tərəfindən məhkumlar fərdi və kollektiv qaydada qəbul olunub, konfidensial qəbul çərçivəsində aparılmış söhbət zamanı hər bir məhkum və ya saxlanılan şəxslər üçün telefon əlaqələrinin, yazışmaların, ailə üzvləri ilə təmasın, məlumat əldə etmək imkanlarının (televiziya, qəzet və s.), tibbi xidmətin təmin olunduğu müəyyən edilib və həmin şəxslərə münasibətdə hər hansı bir fərq qoyulmadan beynəlxalq hüquq normalarına uyğun rəftar edildiyi, hüquqlarının, o cümlədən lazımi tibbi və psixoloji xidmətin təmin olunduğu müşahidə edilib. Fərdi və konfidensial qəbul zamanı məhkumlara hüquqları, Ombudsmanın səlahiyyətləri və müvafiq qanunvericiliyin tələbləri izah olunub.
Bundan başqa Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Preventiv Qrupu Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində olub. Başçəkmə zamanı müxtəlif yaş qruplarından olan uşaqların hüquqlarının təmini vəziyyəti, saxlanma şəraiti, habelə müəssisə əməkdaşlarının onlarla rəftarı məsələləri öyrənilib, Mərkəzin yataq, sinif və oyun otaqlarına, mətbəx və digər inzibati otaqlara baxış keçirilib, habelə uşaqların asudə vaxtının təşkili, qidalanma və sənədləşmə araşdırılıb.
 
19.08.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).