20:42 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Naxçıvan Şəhər Polis İdarəsində hüquqi maarifləndirmə tədbiri keçirilib.
 
Avqustun 19-da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Şəhər Polis İdarəsində hüquqi maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Sadiq Babayev, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Nihad Sadıxov və Naxçıvan Şəhər Polis İdarəsin zabit və sıravi rəis heyəti iştirak edib.
 
 
Tədbirdə Ombudsmanın əməkdaşı Sadiq Babayevin "Yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi və onlar tərəfindən törədilən hüquq pozmaların profilaktikası" mövzusunda geniş çıxışı dinlənilib, yetkinlik yaşına çatmayanların hüquq pozuntularının qarşısının alınması sahəsində polis əməkdaşının vəzifələri barədə məlumat verilib, mövcud qanunvericiliyin müddəaları tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
19.08.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).