23:41 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Ombudsmanın Preventiv qrupu tərəfindən başçəkmələr davam etdirilir.
 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) preventiv mexanizm fəaliyyəti çərçivəsində Müvəkkilin Preventiv qrupu tərəfindən Naxçıvan Muxtar Respublikasının Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin tabeliyində olan müəssisələrə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr həyata keçirilib.
Belə ki, Müvəkkilin preventiv mexanizm funksiyasının icrası məqsədilə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsinə, Şərur Dəmiryol Nəqliyyatında Polis Bölməsinə və Sədərək Rayon Polis Şöbəsinə həyata keçirilmiş başçəkmələr zamanı polis heyəti ilə hüquqi maarifləndirici söhbətlər aparılıb, saxlanma şəraiti və rəftar məsələləri araşdırılıb, qidalanma, tibbi yardım, gəzinti, görüş, telefon danışıqları ilə bağlı sənədlər yoxlanılıb, qeydiyyat kitablarına baxış keçirilib, saxlanılan şəxslərin beynəlxalq və milli qanunvericiliyə uyğun şəkildə hüquqlarının təmin olunması vəziyyəti öyrənilib.
Həmçinin Müvəkkilin Preventiv qrupu Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Ahıllar Evinə də başçəkmə həyata keçirib. Başçəkmə zamanı sosial qayğıya ehtiyacı olan şəxslərlə və Ahıllar Evinin işçi heyəti ilə hüquqi maarifləndirici söhbətlər aparılıb, müəssisədə saxlanma şəraiti və rəftar, ahıl vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin təmini vəziyyəti araşdırılıb, yataq və tibb otaqlarına, istirahət otağına, yeməkxanaya, ərzaq anbarına və digər obyektlərə baxış keçirilib, qidalanma səviyyəsi, tibbi-sosial xidmətin, asudə vaxtın təşkili və digər məsələlər öyrənilib.
 
24.08.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).